İnternetdə fəaliyyət göstərən saytların sayı açıqlandı

"Netcraft" analitik şirkətinin məlumatına əsasən, noyabrın 1-də internetdə 785293473 sayt və bloq fəaliyyət göstərib ki, bu da ötən ayla müqayisədə 18 milyon daha çoxdur.

Ən yüksək artım "Microsoft IIS" məhsullarında qeydə alınıb. Onun bazasına daha 13,2 milyon host əlavə edilib və nəticədə "Microsoft"un ümumi bazar payı 1.15% artıb.

"ICTnews" bildirir ki, "nginx" serverinin bazar payı isə əksinə 2%-lik azalaraq 14% olub. Son ayda "nginx" serveri tərəfindən xidmət edilən saytların bazası 13,1 milyon sayt azalıb. Bu halda, "nginx" serverini tərk etmiş istifadəçilərin yalnız 1,2 milyonu "Microsoft IIS" serveri, 1.4 milyonu isə "Apache"dan istifadəyə keçiblər. Ötən ay mövcud olmuş 23 milyon qovşaq hazırda domenlərin qeydiyyat müddətinin qurtarması ilə üz-üzə qalıblar.

AzNews.az