Yanukoviç ekranlardan silinib - ŞOK

AzNews.az rus mətbuatına istinadə xəbər verir ki, Rusiya tamaşaçıları Yanukoviçi görsələr də Kiyevdə o görsənməyib.

Bunun əvəzində Yanukoviçin əvvəlcədən lentin yaddaşına köçürülmüş boş kreslosunu göstəriblər. Yəqin ki, ABŞ - ın Ukrayna siyasətinə təsiri burada da özünü göstərib.
"Rusiya televiziyası Olimpiadanın açılış mərasimindən hazırlanan birbaşa yayımda da Yanukoviçi silib". - deyə bu gün Ukraynanın xəbər saytları bildirib.
Doğrudan da ukraynalı tamaşaqçılar UT - 1 və "İnter" telekanallarının "Fişt" stadionundan atletlərin paradını yayımlayan zaman öz prezidentlərini görə bilməyiblər. Hansı ki, bu zaman hər bir dövlət başçısı buradan öz ölkələrinin nümayəndə heyətini salamlayırdılar. Amma Rusiya tamaşaçıları gülümsəyərək milli bayrağına bürünən Viktor Yanukoviçi yaxşı görüblər.

Çox maraqlıdır ki, Soçi ilə Kiyev arasında telesiqnallardan Viktor Fyodoroviç necə yoxa çıxıb?


Azər
AzNews.az