“Şrek“in beşinci bölümü çəkiləcək

Məşhur "Şrek" cizgi filminin beşinci bölümü çəkiləcək. Milli.Az "Hello" jurnalına istinadən bildirir ki, bu barədə "DreamWorks Animation" şirkətinin baş prodüseri Cefri Katsenberq "Fox Business Network"-a müsahibəsində deyib.

"Biz hamıya bir qədər istirahət vermişik. Ancaq bilməniz gərək ki, Şrekin həyatının bir bölməsi hələ də qalıb. Bu əhvalat hələ bitməyib", - o əlavə edib.

Qeyd edək ki, "Şrek"in ilk bölümü 2001-ci ildə çəkilib və "Oskar" mükafatı qazanıb. Son bölüm olan "Əbədi Şrek" filmi 2010-cu ildə ekranlara çıxıb və yaradıcılarına 2,8 milyard dollar qazandırıb.

AzNews.az