- Köhnə - Maraqlı
- 27 Fevral 2014 19:02
- 7 191
Qadın insanların gözü qarşısında ana oldu - FOTO, VİDEO
ANS PRESS-in verdiyi məlumata görə, doğum evinə gedən hamilə qadın taksi tapa bilməyib. Bu səbəbdən o, küçədə insanların gözü qarşısında doğub. Qəribə orasındadır ki, bu mənzərəni "Fox News" telekanalının əməkdaşları görüb və kamera vasitəsilə çəkiblər.
Çəkiləşə gedən kanal əməkdaşları, onlara verilən ünvanı səhv salıblar. Bu zaman jurnalistlər yolu keçmək istərkən yolda çoxlu insan toplandığını görüb. Kanal əməkdaşları ora yaxınlaşanda bir hamilə qadının küçədə doğuş keçirdiyini görüblər. Qadın taksi tapa bilməyib. Bu zaman doğuş vaxtının artıq yaxınlaşdığını görüb.
Birdən o qışqırıb: "Ay Allahım, uşaq gəlir". Daha sonra qadın uşağı dünyaya gətirməyə başlayıb. Qadın qız uşağı dünyaya gətirib. Ətrafdakılar yun şarfla körpəni büküblər. Çünki hava kifayət qədər soyuq olub.
Hadisə qadının ərinin gözləri qrşısında baş verib. Daha sonra qadın və körpəsi xəstəxana yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir.
Qeyd edək ki, bu, ailənin üçüncü uşağıdır.
AzNews.az