Seçmə xəbərlər üyüdən yeni sayt- “Dəyirman”

Azərbaycan və dünya xəbərlərini bir yerə toplayan sayt açılıb. "Xəbər üyüdürük" sloqanı ilə öz işini anladan elektron xəbər mərkəzi "Dəyirman" adlanır.

Saytın direktoru Vüqar Baba AzNews.az-a bildirib ki, 100-ə yaxın yerli, 80-ə yaxın 5 dildə olan xarici xəbər portalları anbaan jurnalistlər tərəfindən izlənilir, ən vacib xəbərlər seçilərək dərhal tərcümə və redaktə olunub mənbəyə istinadən "Dəyirman"da yerləşdirilir. Onun sözlərinə görə, xəbərlər seçilərkən və işlənilib oxucuya təqdim olunarkən beynəlxalq jurnalistika standartlarına sərt şəkildə əməl olunur: "Əsas məqsəd xəbəri dəqiq, yığcam və aydın şəkildə oxucuya çatdırmaqdır".

Sayta həm ".com", həm də ".az" domeinləri (sayt sonluqları) ilə daxil olmaq mümkündür

AzNew.az