Nazirlikdən Ukraynada təhsil alan tələbələrlə bağlı açıqlama

Təhsil Nazirliyi Kiyevdə və Xarkovda təhsil alan azərbaycanlı tələbələrin Ukraynada yaşanan gərginliklərlə bağlı ölkəmizə köçürülməsi məsələsinə aydınlıq gətirib.

Nazirliyin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov bu gün keçirdiyi mətbuat konfransında deyib ki, hazırda Ukraynada Azərbaycan Prezidentinin təsdiq etdiyi 2007/2015-ci illər Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində heç bir azərbaycanlı tələbə təhsil almır: "Hansısa şirkətlərin təşəbbüsü ilə Ukraynada təhsil alan azərbaycanlı gənclərlə bağlı problemin olub-olmaması barədə isə bizə heç bir məlumat daxil olmayıb".

AzNews.az