Əfsanəvi “kubik-rubik”in 40 yaşı tamam oldu


"Kubik-rubik"in 40 illik yubileyi ilə əlaqədar ABŞ-ın Nyu-Cersi ştatında bu məşhur oyuncağın tarixinə həsr olunan ekspozisiya açılıb.

AzNews.az-ın məlumatına görə, eksponatlar içərisində dünyanın ən bahalı "kubik-rubik"i də yer alıb. Bu oyuncaq 750 əyarlıq qızıldan hazırlanıb. Dəyəri 2,5 milyon dolardır.

Sərginin açılışında oyuncağı icad edən macar əsilli Erne Rubik də iştirak edib.

Aydan
AzNews.az