Dünyanın ən bahalı nömrəsi Azərbaycanda satıldı

Bir vaxtlar dünyanı satışı ilə heyrətə salan ən bahalı mobil telefon nömrəsi artıq Azərbaycanda satılıb.

Bu gün özünü iş adamı kimi təqdim edən şəxs milli.az-a zəng edərək bildirib ki, satışa 100 000 manat qiymətlə çıxarılan "Bakcell" mobil operatorunun 055 666 66 66 nömrəsini alıb. Onun sözlərinə görə, həmin nömrəni 100 000 manata yox, endirimli qiymətə alıb.

Bu nömrə ilə bağlı daha maraqlı faktlar var. Bir müddət əvvəl "Katar Telecom"un keçirdiyi hərracda şirkətin ən baha - "666-66-66" - nömrəsinə görə 2,8 milyon dollar ödənilib. Bu həm də dünyanın ən baha nömrəsidir və 2006-cı il mayın 13-də ən bahalı nömrə kimi Ginnesin Rekordlar Kitabına düşüb.

AzNews.az