13 il ev dusdağı olan kral qızları

Səudiyyə Ərəbistanı kralının qızları Səhər və Cəvahirə iki aydan çoxdur su və yemək verilmir.

Lent.az-ın "RİA Novosti"-yə istinadən məlumatına görə, bacılar kralın əmri əsasında 13 ilə yaxındır ev dustağıdır. Onlar ölkədə qadın haqlarını müdafiə etdikləri üçün kralı Abdullah ibn- Əbdüləziz əl- Səud qızlarını ev dustağı edib.

Səhər və Cəvahirlə yanaşı onların daha iki bacısı - Maha və Halə də nəzarət altındadır.

Qızlar kralın iqamətgahında saxlanılır.

Bacılar soruşur: "Kral suallarımıza cavab verməlidir. Günahımız nədir? Biz hansı cinayəti törətmişik?"

Aclıq və Günəş işığına həsrət qalmaları ucbatından qızların səhhətində ciddi problem yaranıb. Mənbə onların səhhətinin ağırlaşdığını bildirib.

Kralın keçmiş xanımı, qızların anası Anud əl- Faiz baş verənlərlə bağlı dəfələrlə beynəlxalq ictimaiyyətə, dünyanın aparıcı dövlətlərinin başçılarına, o cümlədən ABŞ prezidenti Barak Obamaya müraciət edib. Onun çağırışına indiyə də cavab verilməyib.

Krallıqdan isə bildirilib ki, şahzadələr tam sərbəstdir və cangüdənlərin müşayiəti ilə istədikləri vaxt küçəyə çıxa bilər.

Mənbə xatırladıb ki, bacılar 2002-ci ildən ev dustağı edilib. Onda xarici mətbuata nadir halda müsahibə verən qızlar pasportlarını kralın aldığını, habelə sözə baxan olmaları üçün yeməklərinə narkotik maddə qatdığını etiraf etmişdilər.

AzNews.az
image description image description image description image description image description