Jirinovski hamamda müsahibə verdi - FOTO

Rusiyanın NTV kanalı Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski ilə hamamların birində müsahibə götürüb.

"Mujskoe dostoinstvo" adlı verilişin çəkilşi zamanı Jirinovski çılpaq vəziyyətdə hamamın xeyrindən danışmaqla bərabər, Qərb lidelərinə söz atmağı unutmayıb.

Jirinovski bildirib ki, hamam kişi üçün əsl idmandır: "Bu, xoşdur. O yuyunur, çirkin təmizləyir. Su istidi, əhval-ruhiyyə yaxşılaşır. Hamam hər kəsi bərabərləşdirir. Burda hamı çılpaq, hamı bərabərdir".

Jirinovski hətta istirahət vaxtı belə Ukraynada baş verən proseslərdən və Qərbin sanksiyalarından danışmağı unutmayıb.

"Biz "Novorossiyaya" yardım edəcəyik", - Jirinovski deyib.

Partiya lideri bildirib ki, rusları sanksiyalara görə, Qərbə minnətdar olmalıdırlar: "Bizim dövlət son 30 ildə hər şeyi xaricdən alırdı. İndi nəhayət ki, biz hər şeyi özümüzdən almalı və inkişaf etdirməliyik. Və Brüssel və Londondakı axmaqlara təşəkkür etmək lazımdır".


Axar.az