iPhone 6-nın ilk sahibləri onlar olacaq - FOTO

Yeni iPhone modeli təqdim olunduqdan sonra onu ilk əldə etmək üçün müraciət edənlərin sayı çoxdur.

AzNews.az xarici mətbuata istinadən xəbər verir ki, Avstraliyadan olan dörd gənc iPhone 6-nın ilk sahibləri olacaq.

Onlar yeni iPhone modelini əldə etmək üçün artıq, 10 gündür gözləyirlər.

Yeni modelin satışına cümə günü başlanacaq. Saat fərqinə görə iPhone 6-nı ilk dəfə Avstraliyalılar əldə edə biləcək.
Telefonu ilk almaq istəyənlər artıq, Sidneydəki "Apple Store" qarşısında növbə gözləyirlər.




Xəyalə Mahmudova
AzNews.az