“Səddam Hüseyni görəndə nəfəsim kəsildi” - Bərzani

Şimali İraq kürd muxtariyyatının rəhbəri Məsud Bərzani 1991-ci ildə İraqın sabiq prezidenti Səddam Hüseynlə ilk görüşüyü zaman keçirdiyi hisslərini açıqlayıb.



AzNews.az "The New Yorker"ə istinadən xəbər verir ki, kürd lideri Səddamı gördüyü zaman ilk 5 dəqiqə ərzində nəfəs almaqda çətinlik çəkdiyini etiraf edib. Görüş zamanı otağa çay gətirildiyini, lakin çaya zəhər qatılmasından qorxduğunu deyən Bərzani, Səddam Hüseynin öz fincanını ona verdikdən sonra rahat nəfəs aldığını bildirib: "Səddam Hüseyn iki ruhu bir bədəndə daşıyır, bütün görüşlərimizdə mənə qarşı çox diqqətli davrandı. Lakin məndən onun digər üzünü soruşsalar, mən "onun etdiyi pislikləri heç bir şeytan edə bilməzdi" deyə cavab verərəm".

Bərzani açıqlamasında Mosulun İŞİD-in əlinə keçməsindən də danışıb. "Həmin gecə mən Parisdə idim. Xəbəri eşidəndə yuxu gördüyümü zənn etdim", - deyə Bərzani vurğulayıb.

Qeyd edək ki, Mosulun İŞİD-in əlinə keçməsindən xəbər tutan Bərzani həmin gecə Kərkükün İraq Kürdüstana birləşdirilməsi üçün bölgəyə 13 minlik qoşun göndərmişdi.


Nərmin Məmmədli
AzNews.az
image description