- Köhnə - Maraqlı
- 1 Oktyabr 2014 20:00
- 100 806
“Mono Liza”-nın gözlərindəki sirr - Araşdırma

500 il əvvəl çəkilmiş bu sirli qadının şəxsiyyəti, üzünün cizgiləri , hətta arxasındakı fon belə hələ də tədqiqatçıların fikirlərini qarışdırmaqda davam edir.
Biri böyüdücü ilə dodaqlarını öyrənməyə çalışarkən, digəri şəkildə Leonardo Da Vinçinin kodlaşdırılmış "məktubunu" tapır, başqa birisi isə düşünür ki, Mona Lizanın portreti tamam başqa şəkildir. AzNews.az Analitik.az-a istinadən Leonardo da Vinçinin məşhur əsərinin ən çox danışılan 10 sirri haqda məlumatı oxuculara təqdim edir:Ənənəvi olaraq hesab edilir ki, tabloda Da Vinçi Liza Cakondanı təsvir etmişdi. 1503-ci ildə əri Françesko Cokonda onun rəsmini sifariş verib. Da Vinçi o zamanlar işsiz olduğu üçün özəl sifarişi yerinə yetirməyə razılaşıb, amma onu bitirməyib. Sonralar rəssam Fransaya yollanır və kral I Fransuanın sarayında məskunlaşır . Əfsanəyə görə, o, "Mona Lizanı" krala özünün ən sevimli əsərlərindən biri kimi hədiyyə etmişdi. Digər məlumata görə kral sadəcə, onu almışdı.
İstənilən halda, ölümündən sonra Da Vinçinin əsəri 1519-ci ildə kral mülkiyyətində qaldı, Fransa inqilabından sonra isə dövlət mülkiyyəti kimi Luvrda saxlanılır. Əsər əsrin qiymətli, lakin intibah dövrünün kifayət qədər adi incisi sayılırdı. Dünyaca məşhur ikona isə yalnız XX əsrin əvvəllərində, Luvrun keçmiş əməkdaşı rəssam və dekorator Vinçentso Perudcia 1911 -ci ilin avqustunda tarixi vətənlərinə qaytarmaq arzusuyla oğurladıqdan sonra çevrilmişdir. (Oğurlanmış rəsm əsərini iki il sonra tapıb , Luvra qaytarmışlar)
O vaxtdan bəri "Mona Liza" bir neçə dəfə vandalizm və oğurluq yaşadı, Luvra gələn turistlər üçünsə maqnitə çevrildi. Hər il təqribən 6 milyon nəfər bu əsərə baxır və onlardan hər biri buna orta hesabla 15 saniyə sərf edir .
Əsərdə kim təsvir olunub?
Ənənəvi olaraq hesab edilir ki, tabloda varlı tacir Françesko Cokondonun üçüncü arvadı Liza Cokonda təsvir olunub. XX əsrə qədər bu versiya xüsusilə aktual idi, çünki ailə dostu və tarixçi (həmçinin rəssam) Corco Vazzari öz işlərində fakt kimi deyir ki, Françeskonun arvadının rəsmini bir tanınmış rəssam çəkmişdi. Lakin bir çox tədqiqatçılar üçün bu fakt kifayət deyildi, çünki o zaman Cokondanın təxminən 24 yaşı olmalı idi , lakin tabloda təsvir edilən qadın çox yaşlı görünür. Şübhəyə bir səbəb də odur ki, əsər tacir ailəsində heç vaxt olmayıb, rəssamda qalıb. Hətta əgər Da Vinçinin əsəri bitirməyə macal tapmamış, Fransaya köçməsi ehtimalı düzdürsə, yenə də orta təbəqəli bir tacirin bələ ölçüdə portret sifariş etməsi şübhə doğurur. Belə əsərləri yalnız olduqca zəngin ailələr özlərinə rəva bilərdilər.
Bu səbəbdən alternativ nəzəriyyə kimi hesab edilir ki, tablo Leonarda da Vinçinin avtoportreti və yaxud anası Katrinin təsviridir. Sonuncu versiya müəllifin tabloya bağlılığı ilə əsaslandırılr.
Mona Lizanın qaşları niyə yoxdur ?
XV və XVI əsrin əvvəlində qaşların tam çıxardılması dəbdə idi. Ehtimal etmək olar ki, tabloda təsvir edilən qadın dəblə ayaqlaşıb, lakin fransalı mühəndis Paskal Kote kəşf etdi ki, əslində qaşlar var imiş.
Yüksək imkanlı skaner vasitəsilə o, tablonun çox yüksək keyfiyyətli surətini yaradıb və orada qaşlarının izləri aşkarlanıb. Kotenin fikrincə "Mona Liza"nın qaşları əvvəldən olub, amma sonra zaman keçdikcə onlar yox olub.
Luvr muzeyində və kral sarayında şah əsər 500 il ərzində mütəmadi olaraq təmizlənib , bu zaman bəzi elementlər, xüsusilə qaş kimi incə element pozula bilərdi. Qaşların yoxa çıxmasının bir səbəbi də keyfiyyətsiz aparılan restavrasiya işləri də ola bilər. Hər halda indinin özündə də sol gözün üstündə fırçanın izləri qaşların vaxtı ilə mövcud olmağından xəbər verir.
Gözlərdə hansı sirr gizlənib?
Den Braunun "Da Vinçi Kodu" kitabında Leonardo Da Vinçinin məlumatı şifrləmək sənəti ciddi şəkildə şişirdilib, ancaq məşhur sənətkar sağlığında hər halda kodlar və şifrlər şəklində müxtəlif xəbərlər gizlətməyi sevirdi. İtaliya Milli Mədəniyyət Tarixi Komitəsi bəyan edib ki, Mona Lizanın gözündə xırda hərflər və rəqəmlər saxlanılır. Onlar adi gözlə görsənməsələr də, çox iri miqyasda böyüdüldükdə , həqiqətən yazıları müşahidə etmək mümkündür. Sağ gözdəki LV – müəllifin adının baş hərfləri ola bilər. Sol gözdəki sirli rəqəmlərinsə nəyə işarə edildiyini mütəxəssislər deməkdə çətinlik çəkirlər .

O, gülümsəyirmi?

Əgər tablodakı qadının dodaqlarına baxsaq, heç bir təbəssümdən əsər-əlamət olmadan bir-birinə möhkəm sıxıldığını görərik. Lakin tabloya ümumi nəzər salsaq, qadının gülümsədiyini hiss edərik. Bu aldadıcı görünüş Monanın qeyb olan gülüşü haqda bir neçə versiyaların yaranmasına səbəb olub.
Ekspertlər hesab edirlər ki, bu fenomenin izahı çox sadədir: tabloda təsvir edilən qadın gülümsəmir, amma əgər tamaşaçı gözünü "qıyaraq" baxarsa, üzün kölgəsi zahiri effekt yaradır , adama elə gəlir ki , qadın gülümsəyir.
Əsərin ilk versiyası böyük olub?
Tablonun ölçüləri haqda da şübhələr var . Luvrda sərgilənən tablodan fərqli olaraq, daha əvvəlki nüsxələrdə yanlarda sütunlar görsənir. "Əsl" tabloda isə sağda yalnız bir sütun var. Şəkilin kiçildilməsi versiyası inandırıcı görsənmir . Çünki o, kətan parça üzərində deyil, şam ağacından olan taxta üzərində işlənib. Əgər onun bir hissəsi rəndələnsəydi , rəng qatı zədələnmiş olardı.

Qadın harda oturmuşdu?
Qadının arxasındakı peyzaja baxdıqda onun eyvanda oturduğunu güman etmək olar. Lakin tədqiqatçılar mənzərənin quraşdırma və İtaliyanın Montefeltro vilayətinə aid olduğunu deyirlər. Amma tablodakı mənzərədən asılı olmayaraq, məlumdur ki rəsm Da Vinçinin Milandakı emalatxanasında çəkilmişdi .
Peyzajda hansısa simvollar kodlaşdırılıbmı?
Amerikalı rəssam Ron Piççirillo hesab edir ki, o , tabloda Da Vinçinin 500 il ərzində gizlədilmiş müəmmasını açıb. Onun fikrincə, rəssam tabloda üç heyvanın : şir, meymun və öküzün təsvirini gizlədib. Əgər təsviri yan tərəfə çevirsək, bunlar aydın görünərlər .
Əsl versiya hansıdır?

Birinci dünya müharibəsindən əvvəl İngiltərədə tapılmış "Ayzeluortlu Mona Liza", Leonardo Da Vinçinin "Mona Liza"-sının ilkin versiyası hesab edilir . Onun adı tapıldığı London ətrafı yerə görə belə adlandırılıb. Əsərin bu versiyası şah əsərin məhz Cokondanın 24 yaşı olanda çəkilməsi faktına daha yaxındır. Lakin eyni zamanda, Luvrdakı tablodan fərqli olaraq, bu versiyanın tarixçəsi bəlli deyil . Ekspertlər inanmırlar ki, məşhur rəssam bitirməmiş əsərini kiməsə satsın və ya bağışlasın .
Çılpaq "Mona Liza" mövcuddurmu?

"Donna Nuda" adlanan bu yarımçılpaq qadın portreti da Vinçinin yaradıcılığına çox yaxın olub, orijinal versiyaya çox bənzəyir. Müəllifi bəlli olmayan bu əsər, bənzərliyi ilə yanaşı, "Mona Liza" ilə eyni vaxtda yaradılıb. Tarixçilər hesab edir ki, bu da Vinçinin fırçasının məhsulu çətin ki olsun, lakin çox güman ki, hansısa şagirdinin onun əsəri üzərində yaratdığı rəsmin surətidir . Əsl versiyası isə əldə deyil.
Əsərin oğurlanma sirləri..
Luvrda 21 avqust 1911-ci ildəki oğurluq haqda da çoxlu mübahisələr var . Belə bir versiya mövcuddur ki, əsərin oğurlaması elə rəhbərliyin özü tərəfindən rəsmə diqqət çəkmək üçün təşkil edilmişdi. Lakin bu gözəl ideyaya bir fakt kölgə salır ki, oğurluq qalmaqalından muzey heç nə qazanmadi. Bu hadisədən sonra özü ilə birlikdə işçilər tam tərkibdə istefa verdi.