ABŞ prezidenti Barak Obama kuryoz bir hadisə ilə üzləşib. ABŞ prezidenti Barak Obama kuryoz bir hadisə ilə üzləşib.

Barak Obama yemək pulunu ödəyə bilmədi

ABŞ prezidenti Barak Obama kuryoz bir hadisə ilə üzləşib.



AzNews.az xəbər verir ki, bu haqda informasiyanı NBC telekanalı yayıb.

Xəbərdə deyilir ki, Barak Obama ölkənin 1-ci ledisi Mişel Obama ilə birgə restoranların birində yemək yedikdən sonra pulu ödəmək üçün bank kartını ofisianta verib. Ofisiant isə kartı yoxladıqdan sonra prezidentin kartındakı bank hesabının bağlı olduğunu deyib. Həmin an araşdırma aparıldıqdan sonra məlum olub ki, Barak Obama uzun müddətdir ki, bu kartdan istifadə etmədiyindən bank rəhbərliyi təhlükəsizlik baxımından kartın hesabını dondurub.

Qeyd edək ki, ABŞ prezidentini bu çıxılmaz vəziyyətdən Mişel Obama çıxarıb və öz kartı ilə hesabı ödəyib.