Bu şirkət 2 ayda 42 milyard dollar qazandı

Dünyanın ən məşhur şirkətlərindən biri olan Apple avqust-sentyabr ayları üçün şirkətin qazancını açıqlayıb.



AzNews.az xəbər verir ki, şirkət iki ay ərzində 42.12 milyard dollar gəlir əldə edib.

Şirkətdən bildirilib ki, onların gəlirləri gözləntilərindən də yüksək olub. Belə ki, bu ilki gəlir ötən illə müqaisədə 12 milyard dollar çoxdur.

Qeyd edək ki, telefon satışları ilə yanaşı iPhone kompüterlərinin satışında da artım müşahidə edilib.


Xəyal Əzizov
AzNews.az