- Köhnə - Maraqlı
- 23 Oktyabr 2014 17:56
- 4 257
Müsəlmanlar üçün “HalalTest“ cihazı
Fransa şirkəti ərzaqda donuz ətinin olmasını müəyyən edən əl cihazı düzəldib.
ANS PRESS-in məlumatına görə, bu cihaz müsəlmanlar üçün nəzərdə tutulub. "Capital Biotech" şirkəti bildirir ki, oktyabrın 22-də "HalalTest" adlı cihazı təqdim edəndən sonra 24 saat ərzində 10 min sifariş alıb.
Cihazın ixtiraçılarının dediyinə görə, o, təkcə ərzaqda yox, həm də kosmetikada və ya dərmanda donuz məhsulunun izlərini müəyyən edə bilir.
"Capital Biotech" bildirir ki, test nəticəni 99 faiz dəqiqliklə göstərir.
"HalalTest" yaxın vaxtlarda internetlə satışda olacaq. Onun qiyməti təxminən 7 avrodur.