- Köhnə - Maraqlı
- 28 Oktyabr 2014 16:44
- 4 719
Ebola 16-23 milyon il öncə yaranıb?
ABŞ-ın Nyu-York ştatının Baffalo universitetinin alimləri Ebola virusi haqda yeni məlumatlar yayıb.
AzNews.az xəbər verir ki, alimlər virusun 16-23 milyon il öncə mövcud olduğunu aşkarlayıb.
Alimlərin bildirdiyinə görə, virus əvvəllər iddia olunduğu kimi 10 min il öncə yox, 16-23 milyon il əvvəl, insanabənzər meymunlar yaranan zaman meydana gəlib.
Hazırda alimlər virusun keçmişini araşdıraraq onunla mübarizənin effektli metodlarını axtarırlar.
Xəyal Əzizov
AzNews.az