- Köhnə - Maraqlı
- 4 Noyabr 2014 17:06
- 6 194
Nizami Gəncəvinin məzarının orijinal fotosu tapıldı - FOTO
Araşdırmaçı alim Ədalət Tahirzadə Nizami Gəncəvinin məzarının ilkin forması barədə maraqlı məlumat verib.
ATVxəbər.az bildirir ki, alimin dediyinə görə, Gəncədəki möhtəşəm Nizami məqbərəsi sonradan elə bu qəbrin üzərində ucaldılıb. Ə.Tahirzadə fotoyla bağlı bunları qeyd edib:"Bu məzar kimindir? İnanmayacaqsınız - Nizami Gəncəvinin! Bunun yerini Salman Mümtaz, Mirabbas Mirbağırzadə tapmışdı. 1932-ci ildə Xalq Maarif Komissarlığının Baş Elm İdarəsi bu başdaşı və sinədaşını qoydurmuşdu. Nizaminin indiki məqbərəsi sonralar bunun üzərində ucaldıldı".