Toy bir həftə davam edib Toy bir həftə davam edib

20 milyon dollarlıq toy

Toy bir həftə davam edib



Dünyanın ən zəngin adamlarından biri olan Bruney sultanı Hassanal Bolkiahın qızı Hajah Hafizənin dəbdəbəli toyu olub. Şahzadə Hafizə özündən 3 yaş kiçik olan və ölkənin Baş Nazirliyində adi məmur vəsifəsində çalışan Penqiran Haji Məhəmməd Ruzaini ilə ailə həyatı qurub.

Cütlük qızıla bürünən sarayda 1700 nəfər üçün təşkil edilən mərasimdə kral ailəsinin qarşısına çıxıb. Mərasimdə Tayland, Filippin, Kambocanın baş nazirləri də iştirak edib. Məmur bəy bundan sonra "Sultan həzrətlərinin oğlu" adlandırılacaq.

Bruneydə 600 illik səltənətin sahibi olan kral ailəsi 20 milyard dollar sərvətə malikdir. Bir həftə davam edən toya isə sultan 20 milyon dollar xərcləyib.

E.Əlosmanqızı
AzNews.az