Yaddaşımız dola bilərmi? - Amerikalı alimdən sensasiyalı araşdırma

Heç ağlınıza gəlibmi ki, nə vaxtsa yaddaşınız dola bilər. ABŞ-ın İllinoys Universitetinin Şimal-Qərb fakültəsinin professoru Pol Reber bununla bağlı bir araşdırma aparıb.

AzNews.az xəbər verir ki, Pol Reber insan yaddaşının dola biləcəyini təsdiq edib.

Onun fikrincə, insan yaddaşı təxminən 2 kvadrillion baytdır: "Beyni videokameraya bənzətsək və onunla fasiləsiz çəkməyə başlasaq, yaddaş yeri 300 ilə kimi bəs edər, ancaq hələ heç kəs o qədər yaşamağa nail olmayıb".

"Beynin dolma limiti yaşadığımız illərlə bağlıdır və bunun yaddaşla heç bir bağlılığı yoxdur. "Mənim yaddaşım dolub" deyənlər, yaddaşlarından istifadə edə bilməyənlərdir", - deyə Pol Reber əlavə edib.

Nigar
AzNews.az