“Red Bull” Bakıda uşağı sərxoş etdi

Bakıda 10 yaşlı uşaq içdiyi naməlum içkidən sərxoş olaraq Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinə aparılıb. Şöbənin müdiri Azər Maqsudovun AzNews.az-a verdiyi məlumata görə, uşağı xəstəxanaya vəziyyətindəki dəyişikliyi görən valideynləri gətirib.

Uşaq məktəbdən sonra dostu ilə bərabər şirə içdiyini bildirsə də, həmin şirənin tərkibinə spirtli içkinin qatıldığı və ya uşağın ümumiyyətlə "Red bull" adlanan enerji içkisindən istifadəsi istisna edilmir.

Bir neçə saat müddətində xəstəxanada qalan uşaq hətta içkinin təsirindən aqresiv davranşılar da sərgiləyib:"Bütün valideynlərimizə məsləhətimiz odur ki, övladlarının hərəkətlərinə, kimlərlə dostluq etdiyinə, hara getdiyinə, nə yeyib-içdiyinə diqqət yetirsinlər".

Elnarə Əlosmanqızı
AzNews.az