Dünyada daha bir ilk

Astronomlar dünya elmi tarixində ilk dəfə olaraq yanaşı oldduğu halda bir-birini məhv etməyən iki qara dəlik aşkar ediblər. AzNews.az dünya mətbuatına istinadən xəbər verir ki, bu, Süd Yolundakı ulduz topalarında ilk qara dəliklər və ümumiyyətlə, iki qara dəlikdən ibarət ilk ulduz sistemidir.

İki qonşu qara dəliyi Very Large Array teleskopu vasitəsilə müşahidələr aparan elmi qrupun rəhbəri, professor Cey Streyder aşkarlayıb. Qeyd edək ki, astronomiya elmində iddia olunurdu ki, qara dəliklər heç zaman birlikdə olmur, ancaq tək halda mövcuddurlar. Lakin yanaşı aşkar olunan yanaşı dəliklər bu daşlaşmış fikri təkzib etdi.

Alimlər bildiririblər ki, qara dəliklər yanaşı olarsa, onların cazibə qüvvələri bir-birini itələyir. Nəticədə daha massiv qalaktika ulduz topasında qalır, daha kiçik qara dəliklər isə kənara itələnir və ya ümumiyyətlə, qalaktikadan çıxarılırlar.

Sevinc Fədai
AzNews.az