Adəm övladının ortaya boyu 1.83 - 2.13 metr arasında dəyişəcək Adəm övladının ortaya boyu 1.83 - 2.13 metr arasında dəyişəcək

Min ildən sonra insanlar necə olacaq? - CAVABI BİZDƏ

Adəm övladının ortaya boyu 1.83 - 2.13 metr arasında dəyişəcək



Alimlər min ildən sonra insanların necə olacağı ilə bağlı tədqiqatlar aparıb və yekun nəticəyə gəliblər.

AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, alimlərin həmfikir olduğu əsas məqam odur ki, min ildən sonrakı insan müasirlərindən nəzərə çarpacaq qədər fərqlənəcək. Alimlər bildirirlər ki, min ildən sonra Adəm övladının ortaya boyu 1.83 - 2.13 metr arasında dəyişəcək.
Səbəb kimi isə qidalanma və tibbin inkişafındakı irəliləyişləri göstərirlər. Hətta alimlər bildirirlər ki, ötən əsrin 60-cı illərinin insanı ilə müasir amerikalı arasında 2.54 santimetr fərq var.

İnsanın daxili orqanları da dəyişikliklərə uğrayacaq. İlk dəyişiklik mədənin həcmində olacaq. İnsanlar yüngül qidalardan istifadə edəcəklərindən mədənin həcmi və tutumu azalacaq. Dişlər də elə eyni səbəbdən ixtisara düşəcək. Cinslər arası fərq də böyüyəcək. Belə ki, güclü cinsin nümayəndələri zəif çıxacaq və say etibarı ilə azalacaqlar.
Göz, əl və barmaqlarda isə böyümə olacaq. Buna səbəb insanların əmək fəaliyyətdə baş verəcək dəyişikliklər göstərilir. Əllərin ucunda yerləşən hiss və əsəb hüceyrələri də artacaq. İnsanların beyin ölçülərində də kiçilmə müşahidə ediləcək. Buna səbəb isə, insan beyninin gələcəkdə daha az yüklənəcəyi, işlərin isə daha çox kompüterlər tərəfindən icra olunacağıdır.

Qeyd edək ki, fantastik rəssamlar gələcək insanı daha çox başı və gözləri böyük az qala divlər kimi təsvir edirlər. Alimlər isə gördüyünüz kimi kötücələrimizi əksinə daha incə təsəvvür edirlər.

Sadiq Musa
AzNews.az