Gənclər üçün Təhsil Mərkəzi və Mingəçevir şəhər Gənclər və İdman İdarəsi birgə əməkdaşlıq çərçivəsində Mingəçevir şəhərində 100-dən çox gəncin iştirakı ilə “İdman oyunları bilik olimpiadası” keçirilib. Gənclər üçün Təhsil Mərkəzi və Mingəçevir şəhər Gənclər və İdman İdarəsi birgə əməkdaşlıq çərçivəsində Mingəçevir şəhərində 100-dən çox gəncin iştirakı ilə “İdman oyunları bilik olimpiadası” keçirilib.

“İdman oyunları bilik olimpiadası” keçirildi

Gənclər üçün Təhsil Mərkəzi və Mingəçevir şəhər Gənclər və İdman İdarəsi birgə əməkdaşlıq çərçivəsində Mingəçevir şəhərində 100-dən çox gəncin iştirakı ilə “İdman oyunları bilik olimpiadası” keçirilib.


Yarışın əsas məqsədi müxtəlif idman oyunları sahəsində gənclərin intellektual səviyyəsinin yüksəlməsinə şərait yaratmaq, onların idman tariximiz haqqında daha geniş biliklərə sahib olmalarına kömək göstərməkdir.
Gənclər Evində baş tutan açılış mərasimində çıxış edən Mingəçevir şəhər Gənclər və idman idarəsinin rəisi Kamal Nəcəfli gənclərin idman sahəsində biliklərinin artırılmasına hesablanmış olimpiadanı yüksək qiymətləndirib, həmçinin Mingəçevirdə fəaliyyət göstərən ali və orta ixtisas məktəblərində təhsil alan tələbələri oyunlar ərəfəsində aktiv olmağa və vətəndaş töfhəsi verməyə çağırdı.

Tədbirdə iştirak edən Gənclər üçün Təhsil Mərkəzinin I Avropa Oyunları könüllü qrupunun rəhbəri Humay Baxışova cari ildə Mingəçevirdə keçiriləcək idman oyunlarında Mərkəzin hədəfləri, idman oyunlarının tam müvəffəqiyyətlə həyata keçirilməsi üçün gənclərin hazırlığına hesablanmış zəruri şəraitin yaradıldığını diqqətə çatdırdı.

Qeyd etmək istərdik ki, I Avropa Oyunlarının Bakı və Mingəçevirdə keçiriləcəyini nəzərə alaraq Gənclər üçün Təhsil Mərkəzi Mingəçevir şəhərində Avropa Oyunlarının təbliğatına həsr olunmuş çoxnövçülük üzrə idman oyunları həmçinin "Region gənclərindən İlk Avropa Oyunlarına yaradıcı dəstək" adlı festival təşkil edəcək.