Uzunömürlülüyün sirri tapıldı - bakirəlik

Şotlandiyada dünya mətbuatının maragına səbəb olan hadisə uzunömürlülüyün sirri ilə bağlı yeni məqamlar ortaya çıxarıb. Belə ki dünyanın ən yaşlı qarımış qızı olan 109 yaşlı Klara Midmorun uzun yaşamasının sirri tapılıb.

Qadın belə hesab edir ki, 109 yaşına qədər yaşamasının sirri bu vaxta qədər bir dəfə də olsun cinsi əlaqədə olmamasıdır. Onun hətta oğlan tanışları, sevgililəri də olmayıb. 12 yaşında ərə getməkdən imtina edən qız sonrakı həyatında da belə təklifləri qəbul etməyib.

1903-cü ildə Qlazqo şəhərində dünyaya gələn Klara hətta əfsanəvi "Titanik" gəmisinin qəzaya uğraması ilə bağlı xəbərləri də zamanında eşidib. Birinci Dünya Müharibəsində tibb bacısı kimi cəbhəyə yola düşən Midmor hazırda qocalar evində yaşayır. Onu hətta ad günü münasibətilə Britaniya kralişası Yelizaveta da təbrik edib.

Həkimlər belə hesab edirlər ki, qadının uzunömürlülüyünə səbəb kişilərlə əlaqəsinin olmaması, ailə münaqişələrindən uzaq olması, xəyanət hissini yaşamaması, dünyaya uşaq gətirməməsidir.

Elnarə Əlosmanqızı
AzNews.az