Cənubi Koreya paytaxtı Seul administrasiyası şəhərdə elektromobillərin sayını artırmaq niyyətindədir. Cənubi Koreya paytaxtı Seul administrasiyası şəhərdə elektromobillərin sayını artırmaq niyyətindədir.

Bu ölkədə elektromobillərin sayı artır – Benzin erasına son

Cənubi Koreya paytaxtı Seul administrasiyası şəhərdə elektromobillərin sayını artırmaq niyyətindədir.


AzNews.az ICTnews-a istinadən xəbər verir ki, bu məqsədlə avtomobili adi rozetkadan enerji ilə doldurmağa imkan verən "EV-Line" kabel istehsalçısı "Power Cube" şirkəti ilə saziş imzalanıb. Sazişə görə, bu rozetkalar ev, ofis və s. yaxınlığında yerləşən dayanacaqlarda quraşdırılacaq.

Enerji toplamazdan əvvəl kabel rozetkada "RFID" nişanını (obyektlərin avtomatik identifikasiya üsulu) oxuyaraq sürücü və elektrik sərfiyyatı haqqında məlumatları mobil rabitə vasitəsilə "Power Cube" şirkətinə ötürür. "Power Cube" avtomobil sahibinə hesabı təqdim edir və enerji şirkətinə ödənişi həyata keçirir. Kabel ilə tam enerji doldurma 6-8 saat təşkil edir, halbuki enerjidoldurma stansiyalarında buna iki dəfə çox vaxt sərf olunur.

"EV-Line" kabelinin qiyməti 900 dollar olsa da, şəhər bələdiyyəsi onu sürücülərə pulsuz verməyi düşünür. Paytaxt administrasiyası cari ilin sonunadək "EV-Line" üçün 10 min, 2018-ci ilin sonunadək 100 min enerjidoldurma nöqtəsi açmağı planlaşdırır. Cənubi Koreya Ekologiya Nazirliyi elektromobillərə keçidi 2011-ci ildə həvəsləndirir. Bu istiqamətdə elektrik avtomobil və motosikletlərin icarəyə verilməsi təşkil olunur, həmçinin dövlət qulluqçuları onlardan pulsuz istifadə edə bilirlər.