Çərçivəsiz və suya davamlı smartfon - Texnologiyada yenilik

“Sharp” şirkəti “Aquos Crystal 2” smartfonunu təqdim edib.



AzNews.az İCTnews-a istinadən xəbər verir ki, qurğunun əsas özəlliyi çərçivəsiz və suya davamlı olmasıdır.

"S-PureLED" texnologiyası üzrə yaradılmış ekranın diaqonalı 5,2 düym, təsvir ölçüsü 1280x720 piksel təşkil edir.

Qurğu 1.2 QHs takt tezlikli dördnüvəli "Qualcomm Snapdragon 400" prosessoru, 2 QB əməli və 16 QB daxili yaddaşla təchiz edilib. Əsas və ön kameralar müvafiq olaraq 8 və 2,1 meqapiksellik matrisə malikdir. Akkumulyator batareyasının tutumu 2030 milliamper/saat təşkil edir.

Yeni smartfon "LTE", "Wi-Fi 802.11b/g/n", "Bluetooth 4.0", "GPS" və "NFC" kimi simsiz kommunikasiya vasitələrini dəstəkləyir. Aparata "Android 5.0 Lollipop" mobil əməliyyat sistemi quraşdırılıb.

Qurğu 11 mm qalınlığında su və tozkeçirməz korpusla təchiz olunub. Smartfonun çəkisi 154 qramdır.