Heç kəsə sirr deyil ki, satılan fərdi evlərin, eləcə də torpaq sahələrinin bəzi vaxtlarda dövlət reyestrindən çıxarış sənədləri olmur. Heç kəsə sirr deyil ki, satılan fərdi evlərin, eləcə də torpaq sahələrinin bəzi vaxtlarda dövlət reyestrindən çıxarış sənədləri olmur.

Sənədsiz evlər niyə alınır?- Açıqlama (VİDEO)

Heç kəsə sirr deyil ki, satılan fərdi evlərin, eləcə də torpaq sahələrinin bəzi vaxtlarda dövlət reyestrindən çıxarış sənədləri olmur.



Əmlak üzərində mülkiyyəti təsdiq edən sənədin olmaması sonradan bir sıra problemlərə səbəb ola bilər. Bəs görəsən qeydiyyat sənədləri yerində olmayan əmlakların alqı-satqısının geniş yayılmasının səbəbləri nədir?

Paytaxt Bakıda bu şəxs kimi sənədsiz torpaq sahəsi və ya fərdi ev alan vətəndaşlar az deyil. Bunu əmlak alqı-satqı elanlarının yerləşdirildiyi saytlardan da görmək mümkündür. Bununla bağlı kifayət qədər elanlar var.

Heç bir sənədi olmayan əmlakın satışı və alışının bu qədər yayılmasının özünəməxsus səbəbi var. Səbəblərdən biri qiymətlərlə bağlıdır. Digər səbəb isə insanların psixologiyasıdır. Hüquqşünaslar deyir ki, mülkiyyəti təsdiq edən sənəd olmadan əmlakların alınıb-satılması qanunsuzdur. Bu isə sonradan daha çox bu əmlakı alan tərəf baxımından müəyyən problemlərə səbəb ola bilər.

Tərəflər əksər hallarda öz aralarında şifahı razılaşdığından bu məsələdə nəzarət mexanızmi də istənilən səviyyədə olmur. Əmlak məsələləri üzrə dövlət komitəsindən verilən məlumata görə sənədləşdirməni həyata keçirmək üçün təxminən 20 gün vaxt və 80 manat dövlət rüsumü tələb olunur. Yetər ki, sizdən istənilən sənədlər qaydasında olsun. (Xəzər Xəbər)