Minilliyin ən varlı adamlarının siyahısı

Amerikanın tanınmış jurnallarından biri Celebrity Net Worth minilliyin ən varlı insanlarının siyahısını dərc edib. İlk onluğu sizə təqdim edirik.

1.Reytinqin lideri 1-ci Musadır. O, Orta əsrlərdə Mali dövlətinin ali lideri olub və 20 il hakimiyyətdə qalıb. Onun hakimiyyəti dövründə dövlət və hakimiyyət iqtisadi inkişafın ən yüksək dövrünü yaşayıb və çox varlanıb.

2.Siyahının 2-ci pilləsində Rotşild ailəsi dayanır. Onların ümumi varidatı 350 milyard dollar həcmində qiymətləndirilir.

3.Siyahının 3-cü pilləsində də amerikalı dayanıb. O, indiki kursla hesabında 340 milyard dollar nağd vəsaiti olan Con Devison Rokfellerdir.

4.Siyahının 4-cü pilləsini sahibi isə, metallurgiya sahəsində böyük uğurlar qazanmış, 310 milyard dollar varidata sahib olan Endryu Karneqidir. O, metallurgiya zavodunu satdıqdan sonra xeyriyyə işləri ilə məşğul olub və onun yaratdığı Karneqi Fondu indidə xeyriyyə fəaliyyətini davam etdirir.

5.Siyahının 5-ci pilləsində isə 2-ci Nikolay dayanır. Tarixi faktlar əsasında onun sahib olduğu mülklərin qiyməti hesablanıb. Məlum olub ki, onun varidatı indiki pulla 300 milyard dollar təşkil edib.

6.Altıncı yerin sahibi isə Hindistanlı Osman Əli Xandır. O, Heydərabad knyazlığının başçısı olub. İndiki pulla onun varidatını 236 milyard dollar həcmində qiymətləndiriblər. Onun yalnız qarajında 50 Rolls Royce avtomobili olub.

7.Yeddinci yerin sahibi isə Normandiya hersoqu və İngilis kralı olmuş 1-ci Vilhelmdir. Ölkəsi üçün böyük işlər görmüş kralın varidatı 229 milyard dollar məbləğində qiymətləndirilir.

8.Səkkizinci yerin sahibi isə son dövrlərdə yaxşı tanınan Liviya kralı Müəmmar Qəddafidir. Onun təkcə 70 milyard dollar pulu xarici banklarda dondurulub. O şəxsi Aerobusa malik olan nadir şəxslərdən olub. Onun ümumi varidatı 200 milyard dollar həcmində qiymətləndirilib.

9.Ford Motorun qurucusu Henri Ford isə reytinqdə 9-cu pillədə yer alıb. Onun varidatı 199 milyard dollar qiymətləndirilir.

10.Onluğun sonuncu pilləsini Kornelius Vanderbild tutur. Gəmiçiliklə məşğul olan Vanderbildin varidatı 185 milyard qiymətləndirilir.

Sadiq Musa
AzNews.az