Braziliyada yaradılan “Facegloria” sosial şəbəkəsi populyarlıq qazanıb. Braziliyada yaradılan “Facegloria” sosial şəbəkəsi populyarlıq qazanıb.

Facebook-a yeni rəqib – “Facegloria”

Braziliyada yaradılan “Facegloria” sosial şəbəkəsi populyarlıq qazanıb.

AzNews.az xarici mediaya istinadən xəbər verir ki, incil xristianları tərəfindən iyunda yaradılan sosial şəbəkənin artıq 100 min istifadəçisi var.

Sosil şəbəkədə təhqir, erotika və cinsi azlıqlar mövzusu tamamilə qadağan olunub. "Bəyənmə" qeydi əvəzinə burada "Amin" düyməsi yer alıb.

""Facebook"da zorakılıq və pornoqrafiya görmək olar. Ona görə də biz Allahdan, sevgidən bəhs edə biləcəyimiz və onun sözlərini yaya biləcəyimiz sosial şəbəkəni yaratmaq barədə düşündük", –deyə saytın həmtəsisçisi və veb-dizayneri Atilla Barroş bildirib.

Bu təşəbbüs Ferras-de-Baskonselosun (San-Paulo şəhəri ətrafında vilayət) meri Asir dos Santosun dəstəyini qazanıb. Mer layihəyə 16 min dollar yatırım edib.

"Bizim sosial şəbəkəmiz qlobaldır. "Biz facegloria"nın ingilis dilində və digər mümkün dillər domenini almışıq. Biz "facebook" və "twitter"lə burada və hər yerdə rəqabət aparmaq istəyirik", -deyə mer bildirib.

Aydan Axundova