- Köhnə - Maraqlı
- 7 İyul 2015 17:30
- 7 184
Keçmiş sevgilisi Ardanı təbrik etmədi – VİDEO
Bir vaxt aralarından su keçməyən Burcu Esmersoyun Arda Turanın İspaniyanın “Barselona” klubuna transfer edilməsinə görə təbrik etməməsi diqqətlərdən qaçmayıb.
AzNews.az xəbər verir ki, İspaniyanın nəhəng klubu olan "Barselona"nın Arda Turanı 41 milyon avro qarşılığında 5 il müddətinə heyətinə qatması 2015-2016 mövsümü üçün böyük marağa səbəb olub.
Bu olay bütün dünyada böyük əks-səda yaradarkən sosial mediada da gündəm yaradıb. Xüsusilə, siyasətçidən sənətçiyə, futbolçudan jurnalistə qədər bir çox təbəqə Ardanın transferi ilə bağlı onu təbrik edib.
Onu təbrik etməyən tək şəxs isə aktrisa Burcu Esmersoy olub. O, milli futbolçunun transferi haqqında ən adi söz belə deməyib.
Burcu Twitter və Instagram hesablarında da Arda haqda kəlmə yazmayıb.
Aslıhan Doğanla yaşadığı eşqdən sonra Burcu Esmersoyla ayrılan Arda bu hadisəyə hələlik reaksiya verməyib.