İnsan üçün bəzən dahi insanları da, ən kədərli hadisələri də unutmaq xarakterikdir. Məhz buna görə də, unudulmamalı hadisələr və ya insanlar üçün abidə ucaldılır. İnsan üçün bəzən dahi insanları da, ən kədərli hadisələri də unutmaq xarakterikdir. Məhz buna görə də, unudulmamalı hadisələr və ya insanlar üçün abidə ucaldılır.

Dünyanın ən kədərli abidələri - FOTOLAR

İnsan üçün bəzən dahi insanları da, ən kədərli hadisələri də unutmaq xarakterikdir. Məhz buna görə də, unudulmamalı hadisələr və ya insanlar üçün abidə ucaldılır.


AzNews.az bəşəriyyətin daima xatırlamalı olduğu abidələrdən bir neçəsini təqdim edir:

Budapeşt sahilində ayaqqabı




Abidə 2005-ci ildə bu sahildə güllələnən yəhudilərin xatirəsinə yaradılıb. Nasistlər insanları ayaqqabılarını çıxarmağa məcbur edib və onları bir-birlərinə bağlayıblar. Sonra onlardan birinə atəş açıblar. Nəticədə ölən şəxs çaya düşüb və digərlərini ardınca aparıb. Bu formada nasistlər gülləyə qənaət edib. Ayaqqabıları isə satıb. Sahildə 20 cüt ayaqqabı var. Ölən insanların dəqiq sayını müəyyən etmək mümkün olmayıb.

Çətiri deşikli olan qız



Olduqca təsirli bir abidədir. 1999-cu il mayın 30-da Minskdə "son zəng" qeyd olunarkən qəfildən güclü yağış başlayıb. İnsanlar yeraltı keçidlərdə gizlənməyə başlayıb və bu zaman sıxlıq yaranıb. Həmin vaxt keçiddə 53 insan vəfat edib. Onlardan yalnız üçünün 30-dan çox yaşı olub.

Xatında kompleks



Bu memorial nasistlər tərəfindən məhv edilən Belarus kəndinin yerində ucaldılıb. 149 insan diri-diri yandırılıb və ya güllələnib. Onların arasında 75 uşaq olub.

Riqada doğulmayan körpələrə abidə



Abidə indi həyatda ola biləcək insanların xatirəsinə ucaldılıb.

Doğulmayan körpələrə həsr olunan daha 2 abidə: Slovakiya və Surqut
Abidə "Ağlama ,ana, mən hələ də səni sevirəm..." adlanır.




Almaniyada yandırılmış kitabların abidəsi



Bu abidə 1995-ci ildə Berlində ucaldılıb. Memorial boş kitab rəfi şəklində yaradılıb. Abidə üzərində "Bu meydanda 1933-cü il 10 may tarixində nasist tələbələr kitabları yandırırdılar" sözləri yazılıb. Bundan sonra Henrix Heyndən sitat yer alır: "Bu, yalnız başlanğıc idi. Kitab yandırılan yerdə sonradan insan yandırlır".

Xocalı abidəsi




Abidə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırıma həsr olunub.

Soyqırım günü 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk edib. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı olub. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq olub. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşüb.

Aydan Axundova