“Qurdlar Vadisi”nin Leylası saçlarını kəsdirdi - FOTO

“Qurdlar Vadisi Pusu” teleserialından ayrılan aktrisa Çiğdem Batur yeni saç düzümü ilə Nişantaşında görsənib.


AzNews.az xəbər verir ki, prokuror Leyla bunun səbəbini belə izah edib: "Bütün bunlar yeni layihə üçündür".

Nişantaşıya gələn aktrisa dostları ilə bir araya gələrək yemək yeyib, söhbət edib.

Saçlarını qısa kəsdirən və kosmetikasız olan Batur jurnalistlərə qısa müsahibə verib:
"Yeni bir layihə üçün imic dəyişikliyi etmək lazımdır. Layihənin nə olduğunu yaxın vaxtlarda açıqlayacağam".