- Köhnə - Maraqlı
- 15 İyul 2015 17:50
- 6 607
İlk yaradılan domenin adı açıqlandı
1985-ci ildə domen adlarının qeydiyyatı sistemi işə salındıqda şirkətlərin əksəriyyəti bu sistemin əhəmiyyətini anlamırdılar. Əsasən kompüter firmaları öz domen adlarını qeydiyyatdan keçirirdilər.
AzNews.az İCTnews-a istinadən xəbər verir ki, Massaçusets ştatının Kembric şəhərində fəaliyyət göstərən "Symbolics" şirkəti ("Lisp" proqramlaşdırma dilindən istifadə üçün nəzərdə tutulmuş kompüter istehsalçısı) ilk olub.15 mart tarixində "symbolics.com" domeni qeydiyyatdan keçirilib və başqa texnologiya şirkətləri də belə etməyə başlayıblar, o zaman domen adlarının qeydiyyatı pulsuz idi.
Hazırda 300 milyon domen adı mövcuddur və hər il domen adlarının sayı artır.
Ticarət markaları isə kiberskvotterlərdən müdafiə üçün milyonlarla dollar xərcləyir.
Xatırladaq ki, kiberskvotterlər domen adlarını alaraq sonradan baha satan şəxslərdir. Bəzən onlar hər gün yüz minlərlə dollar qazanır.