Yaradıcılıqla əsəb xəstəlikləri arasında əlaqə

Yaradıcılıqla psixi və əsəb pozuntuları arasında əlaqə artıq sübut olunur. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, İsveç elm adamları yaradıcılıqla əsəb pozuntuları arasında əlaqəni öyrəniblər. Alimlər psixiatriya xəstəxanalarında daimi və ambulator müalicə alan 1.2 milyon sayda pasient üzərində araşdırma aparıblar.

Onların yaxın qohumlarını dindiriblər. Məlum olub ki, psixi pozuntuları olan uşaqlar daha çox elmə və ya incəsənətə meylli ailələrdən çıxır. Alimlər istedadlı insanlar arasında intihar hallarının da 50 faiz daha çox olduğunu müəyyənləşdiriblər. Eyni zamanda bəzi psixi pozuntuları da alimlər müsbət hal kimi görüblər. Məsələn autizm yəni özünə qapalılıq sindromuna tutulan insanlar və şizofrenlər hansısa sahə ilə maraqlandıqda dahilik səviyyəsinə qədər qalxa bilirlər. Ancaq təhlükəli risklər yenə də olduğu kimi qalır.

Bizdən isə sizə məsləhət. Əgər yaradıcı insansınızsa və ya yaradıcılıqla bağlılığınız varsa tez-tez cəmiyyət içinə qatılın. Özünüzlə insanlar arasında hansı fərqlərin yarandığını, hansı istiqamətə dəyişdiyinizi sakitcə müşahidə edin və bir müddət necə deyərlər adi həyat yaşayın.

Sadiq Musa
AzNews.az