İtinə 2 il döşündən süd verən - ANA

Kaliforniyada 2 uşaq anası olan Terri Qrem bütün dünyanın diqqət mərkəzindədir. O, sosial şəbəkədə itinə döşündən su verdiyini əks etdirən fotosunu yayıb. Evdar qadın olan Terri Qrem Pauk adlı köpəyini 2 il ərzində döş südü ilə bəsləyib.

"Mən bəzi səbəblərdən övladlarımın ikisini də ana südü ilə bəsləyə bilmədim. Buna görə çox narahat idim. Bir dəfə yeni doğulan körpəmə vermək üçün südü butulkaya tökdüm. Bu zaman köpəyim gəldi və südü içməyə çalışdı. O zaman başa düşdüm ki, köpəyimə nə lazımdır" deyə qadın vurğulayıb.

Bu hadisədən sonra iki il köpəyə süd verən Terri "Özümü yalnız itə süd verdikdən sonra əsl ana kimi hiss etdim" deyib. Psixoloqların fikrincə, qadının bu hərəkətinə səbəb onun psixoloji problemləridir.

Elnarə Əlosmanqızı
AzNews.az