Dünyanın sonuna 61 gün qaldı

Dünyanın sonu ilə bağlı hər dəfə yeni iddia ortaya atılır. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, bu dəfə alimlər dünyanın sonuna 61 gün qaldığını iddia ediblər. Səbəb kimi isə, Maya təqviminin 61 gündən sonra bitəcəyini göstəriblər.

Bir çoxları 21 dekabr 2012-ci ildə dünyanın sonunun gələcəyini düşünürlər və hesab edirlər ki, Maya təqviminin məhz həmin tarixdə bitməsini isə təsadüfi saymırlar. Bundan əlavə, dünyanın 1 gün ərzində yerlə-yeksan olacağı ilə bağlı fikirlər də fərqli təqdim olunur. Alimlər iddia edirlər ki, dünya 17 gün ərzində dağılacaq.

Artıq dünyanın sonu ilə bağlı müzakirələr sosial şəbəkələrdə də geniş müzakirə olunur. İnsanlar bir-birlərinə 61 günü necə keçirmək barədə hətta məsləhətlər belə verirlər.

Qeyd edək ki, dünya yaranandan onun sonu ilə bağlı müzakirələr həmişə olub və olmaqda da davam edəcək. Hər deyilən həqiqət olsaydı, indi dünya çoxdan dağılmışdı.

Sadiq Musa
AzNews.az