2 milyon avroluq vəsaiti itə miras qoydu

İtaliyalı yaşlı qadın 2 milyon avro dəyərində olan əmlakını sevimli itinə bağışlaması barədə vəsiyyət edib. 168.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kazarte şəhərinin 84 yaşlı sakininin qızı və nəvələrilə birgə itinə vəsiyyət etməsini vəkili Luçiya Espozito elan edib.

Vəsiyyətnaməyə əsasən, ikiotaqlı mənzil, bir neçə torpaq sahəsi, həmçinin bank hesabları Kikko ləğəbli itin adına keçəcək. Qarı bu barədə qərarı əri dünyasını dəyişəndən sonra verib. Vəkilin sözlərinə görə, yaşlı qadın digər hüquqşünaslarla da məsləhətləşdikdən sonra sənədləri özü imzalayıb.

İtaliya qanunlarına uyğun olaraq, əmlakın heyvanlara miras kimi vəsiyyət edilməsinin hüquqi qüvvəsi yoxdur. Ona görə də əgər pişiyə və ya itə miras saxlamaq istəyən adam mütləq fiziki şəxs, yaxud təşkilat kimi icraçını da müəyyən etməlidir.

Yalnız bu halda heyvanlar vərəsəlik hüququna malik ola bilər. İtaliyalı nənə də həmin şəxs kimi elə vəkili Espozitonu seçib.

AzNews.az