Məşhur “Coca cola” şirkəti ilə bağlı şok iddialar irəli sürülüb. Məşhur “Coca cola” şirkəti ilə bağlı şok iddialar irəli sürülüb.

“Coca cola” araşdırmaçı alimləri satın alır – Milyonlar təklif edir

Məşhur “Coca cola” şirkəti ilə bağlı şok iddialar irəli sürülüb.



AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, şirkətin içkinin köklüyə, əsasən də piylənməyə səbəb olmasını gizlətmək üçün alimlərə rüşvət olaraq milyonlar təklif etdiyi barədə fikirlər ar.

Belə ki, "Coca Cola" şəkərli və qazlı içkilərinin köklüyə gətirib çıxarması yönündə aparılan araşdırmaların ləğv olunmasını istəyir. Bu səbəbdən şirkət İngiltərə alimlərinə milyonlar təklif edib.

10-dan çox alimin adının olduğu siyahıda İngiltərənin səhiyyə məsləhətçilərinin də adı var. Şirkət "Coca Cola"nın ayrıca institutunun qurulması üçün də külli miqdarda vəsait ayırıb. Belə ki, 2010 və 2015-ci illər arasında institut üçün 7 milyon 500 min dollarlıq sərmayə yatırılıb. Araşdırma institutu da bu investisiyalar qarşılığında insanlara şəkərli və qazlı içkiləri təklif edəcək.

Qeyd edək ki, "Coca Cola" hər il milyonlarla insanın bir çox xəstəliklərdən əziyyət çəkməsinə səbəb olur. Ən qorxulusu isə yaşından asılı olmayaraq insanların piylənməsinə səbəb olmasıdır.

Sevinc Yasinqızı