Ölümündən sonra milyon qazandıran “ulduzlar”

Məşhur "Forbes" jurnalı ölümündən sonra da milyonlar qazanan məçhurların adlarını açıqlayıb. Siyahıya Hollivudun əfsanəvi aktrisası Elizabet Teylor başçılıq edir.
Məlumata görə, Teylorun varisləri təkcə ötən il 210 milyon dollar qazanıblar. Bu vəsaitin böyük bir qismi Teylorun zinət əşyalarını hərracda satışa çıxırılmasından əldə edilib.

Siyahıda ikinsi yerdə Maykl Ceksonun adı var. Onun adı ötən il varislərinə 145 milyon dollar qazandırıb.

"Forbes"in siyahısında üçüncü yerdə Elvis Presli durur. 1977-ci ildə dünyasını dəyişən Presli ötən il 55 milyon dollar qazandıraraq ölümündın sonra da milyonlar qazandıranlar arasında olub.

Elnarə Əlosmanqızı
AzNews.az