- Köhnə - Maraqlı
- 22 Oktyabr 2015 17:37
- 10 395
“O xanım mənim yarımdır” – İsa Qəmbərdən romantik etiraf
Bu gün Müsavat partiyasının lideri İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbərin ad günüdür.
AzNews.az xəbər verir ki, İsa Qəmbər bununla bağlı öz ürək sözlərini dilə gətirib: "Bu gün Aida xanımın doğum günüdür. Aida, təbrik edirəm. Nə yaxşı ki, sən varsan və mənimləsən".
İ.Qəmbər bildirib ki, A.Qəmbərlə 29 yaşında evlənib: "29 ildir ki, bir yerdəyik. Gördüyünüz kimi istər romantik, istər riyazi baxımdan Aida xanım mənim yarımdır".
Qeyd edək ki, İsa Qəmbər və Aida Qəmbər 1986-cı ildə ailə həyatı qurublar. Onların 2 övladı var.
Bahar RÜSTƏMLİ
AzNews.az