Bakıda keçirilən “City Challenge” xüsusi qonağı Rafet El Romandır – YENİLƏNİB – FOTOSESSİYA

“City Challenge” Azərbaycanı 120 ölkədə tanıtdıracaq



Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçirilən "City Challenge" yarışlarının mətbuat konfransında tədbirin geniş proqramı açıqlanıb. AzNews.az-ın məlumatına görə, oktyabrın 25-də "City Challenge GT3" avtomobilləri dənizkənarında hazırlanan müvəqqəti yarış zolağından bütün yolları dəf edərək tədbirin rəsmi qonaqlama partnyoru olan Kempinski Hotel Badamdara sürüldü. Hoteldə rəsmi press konfrans və təqdimat ilə paralel yarış avtomobilləri də hotelin qarşısında nümayiş olundu. Pilotlar avtoqraf üçün tamaşaçılarla da görüşdü.

Mətbuat konfransında təşkilatçılar proqram haqqında geniş məlumat verdilər. Belə ki, oktyabrın 27-i saat 09:30-dan 17:40-dək avtomobillərin təsnifatlandırma sessiyası və sprint yarışması olacaq. Həmçinin Milli Parkda uşaqlar və böyüklər üçün pulsuz əyləncəli proqramlar təşkil olunacaq.

Bundan başqa, oktyabrın 27-də 20:00-dan etibarən Bulvarda, City Challenge yarışlarına həsr olunan möhtəşəm şou proqram keçiriləcək. Şou proqramda ifaçı Miri Yusif, AiD (H.O.S.T), müğənni Səbinə Babayeva və DJ Pancho çıxış edəcəklər. Bakıda ilk dəfə Avropa standartlarına uyğun "open air" konserti olacaq.

City Challenge yarışlarının şou proqramının xüsusi qonağı Türkiyənin tanınmış müğənnisi Rafet El Romandır ki, onun da oktyabrın 27-də paytaxtda, açıq havada konserti keçiriləcək.

Qeyd edək ki, oktyabr ayının 26, 27 və 28-də Bakıda keçirilən "City Challenge GT3" yarışlarında "Porsche 911", "Aston Martin Vantage GT3", "Audi R8 LMS", "BMW Z4 GT3", "Ferrari 458 İtalia GT3", "Lamborghini Gallardo LP 600+" və "Mercedes Benz SLS AMG GT3" markalı avtomobillər iştirak edirlər.

***

21:52

"Yarış avtomobillərinin gözəl şəhərlərdə görünməsi bizim fəaliyyətimizdə əsas rol oynayır. Bu baxımdan Bakı kimi gözəl şəhərdə yarış avtomobillərinin nümayişi məntiqi addımdır. 3 milyon izləyicini əhatə edən, 120 ölkədə yayımlanacaq "City Challenge" Azərbaycanın və Bakının nümayıiş etdrilməsi baxımından böyük hadisədir".

AzNews.az xəbər verir ki, bu fikirləri bu gün Kempinski Hotel Badamdarda keçirilən mətbuat konfransında "City Challenge" yarışlarının baş icraedici direktoru Hartmut Beyer bildirib.

Qeyd edək ki, sabah 10.15-17.00-da "City Challenge" yarışlarının "City Challenge GT", Klassik "Grand Pri and Gymkhana" şəhər "Drifting" yarışlarının məşq sessiyası olacaq.

Fuad Mədətov
FOTO: Mahir Hüseynbəyli
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description