«Əl Cəzirə»nin canlı efirində soyundu

FEMEN qadın hərəkatının fəallarından olan İnna Şevçenko məşhur "Əl Cəzirə" telekanalının canlı efirində soyunub. Bu barədə məlumat hərəkatın saytında yer alıb.
168.az xəbər verir ki, hadisə "The Stream" axşam proqramında feminizm və İslam münasibətlərinin müzakirəsi zamanı baş verib.

Proqramın aparıcısı Şevçenkoya mövzu ilə bağlı sual verib. "Siz istəyirsiniz ki, mən əlavə nə isə də danışıb?" deyən hərəkat üzvü ona ünvanlanmış suala verdiyi sualın cavabını gözləmədən soyunub və bildirib ki, qadının bədəni onun azadlığının indiqatorudur.

"Əl Cəzirə" operatorları İnna Şevçenkonun 200 milyonluq auditoriyaya malik telekanalın efirində soyunmasını tamaşaçılara göstərməyə cəsarət etməyiblər. Həmin vaxt kameralar onun soyunduğunu təsdiqləyən aparıcıya yönəlib. Hətta o, bildirib ki, İnnanın soyunduğunu göstərməyəcəklər.

FEMEN qadın hərəkatının saytında bildirildiyinə görə, onlar qadın azadlıqlarının yayılması üçün bütün informasiya tribunalarından beləcə yararlanmağa çalışacaqlar.

Qeyd edək ki, sözügedən hərəkat 2008-ci ildə Ukraynada yaradılıb. Dünyada kifayət qədər populyarlıq qazanmış hərəkatın liderlərindən biri məhz İnna Şevçenkodur. Şevçenko Kiyevin mərkəzində çılpaq soyunduqdan sonra Fransaya köçüb. Bildirdiyinə görə, bu hərəkətindən sonra izlənilib.

Onu da deyək ki, FEMEN Fransada rəsmi dövlət qeydiyyatına alınıb və hüquqi şəxs kimi fəaliyyət göstərməkdədir.

AzNews.az