Krauçun həyat yoldaşı hansı paltarı ilə diqqəti ozunə cəlb edib?

İngiltərə millisinin hücumsuçu Piter Krauçun həyat yoldaşı cümə günü çiçək naxışlı alt paltarında podiuma çıxmaqla, sözün əsl mənasında, hamını heyran edib. AzNews.az xəbər verir ki, lalə güllər Ebbi Klensinin bütün intim bədən üzvlərini örtmüşdü. Hərçənd bu barədə mübahisələr aparmaq olardı. Qısası, model səhnədə sanki vəhşi təbiətin balası görünürdü.

"Lingerie London" şou çərçivəsində keçirilmiş bu çıxışda, ingiltərəli forvardın arvadı qızılı paltarda da publika önündə dayanıb və yenə diqqətindən yayınmayıb. Bir sözlə, digər ulduzların iştirak etməsinə baxmayaraq, 26 yaşlı ana şənlikdə əsas diqqət mərkəzində olub.

Böyük britaniyalı həmkarlarımızın yazdığına görə, Piter və onların qızı Sofiya, Ebbinin evdə daha çox vaxt keçirməsinə sevinirdilər. Amma görünür, həyat Klensini yenidən podiuma çıxmağa vadar edib.

AzNews.az