Brejnevin hakimiyyətinə qədər rus fahişələrini gürcü cinayətkar dəstələri himayə edib Brejnevin hakimiyyətinə qədər rus fahişələrini gürcü cinayətkar dəstələri himayə edib

Rusiyadakı fahişələr barədə ŞOK məlumatlar... - MARAQLI

Brejnevin hakimiyyətinə qədər rus fahişələrini gürcü cinayətkar dəstələri himayə edib



"Ekspress-qazeta" SSRİ dönəmində Rusiyadakı "qədim peşə sahibləri" ilə bağlı maraqlı məqamları əks etdirən məqalə dərc edib. Məqalədə bildirilir ki, 90 il əvvəl, 1922-ci ilin iyununda Petroqrad milisinin rəhbərliyinə xüsusi komissiyanın hesabatı daxil olub.

Hesabatda bolşeviklər əxlaqsızlığın artmasından narahatlıqlarını bildiriblər. Sənəddə həmçinin, vurğulanıb ki, xüsusilə axşam saatlarında küçələrdə öz bədənlərini satan qadınların sayı artır. Moskvada da işlər eyni qaydada cərəyan edirdi.

Əxlaqsızlığın bu illər ərzindəki tarixindən yazan qəzetin bildirdiyinə görə, 1918-ci ildə Lenin Nijeqorod Quberniya Sovetinin sədri Georgi Fedorova direktiv göndərərək bölgədəki "ağ qvardiyaçı"ların mitinq hazırladığını və onlara qarşı hətta kütləvi terrordan istifadə edilməsinin vacibliyini vurğulayıb: "Bütün qüvvələri səfərbər edin, güllələyin və əsgərlərlə, keçmiş zabitlərlə əlaqədə olan yüzlərlə əxlaqsız qadını da cəzalandırın".

Ancaq 1922-ci ildə vəziyyət dəyişməyə başladı. Əxlaqsızlıqla məşğul olan qadınları əmək fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi müəssisələrə göndərilməyə başladılar. NKVD-nin nəzarəti altında yaradılan müəssisə monastrda yerləşirdi.

1937-ci ildən isə Rusiyada əxlaqsızlıqla məşğul olanlara qarşı münasibət daha da qəddarlaşdı. Əgər qadın əxlaqsızlıqla məşğul olduğu üçün ikinci dəfə saxlanılırdısa, onu həbsə göndərirdilər. Əlbəttə ki, həbs əxlaqsızlıqla əlaqələndirilmirdi, çünki qanunvericilikdə belə bir maddə yox idi. Belə qadınlara qarşı irəli sürülən ittihamlar fərqli olsa da, hamısı sonucda eyni cəzanı alırdı.

Hətta əxlaqsız qadınlar sinfi düşmən hesab edilirdilər. Müharibədən sonra əxlaqsızlıq daha da çiçəklənməyə başladı. Həyat yoldaşlarını müharibədə itirən çox sayda qadın üçün bu, ailəni dolandırmaq vasitəsi hesab edilirdi. Onların müştəriləri isə əsasən kriminal aləmdə adı hallandırılan şəxslər olurdu. Bununla yanaşı zabitlər də bu qadınlarla "məhəbbətdən" çəkinmirdilər.

Rusiyadakı əxlaqsız qadınlardan yazan ilk jurnalist kimi tanınan Yevgeni Dodolevin sözlərinə görə, həmin vaxtlarda hüquq-mühafizə orqanları bu sahəni tam nəzarətə götürməmişdilər: "Bilirəm ki, Moskva, Rostov və digər şəhərlərdə bu sahəyə gürcü cinayətkar dəstələri nəzarət edirdi.

Dəniz sahilindəki şəhərlərdə əxlaqsızlıq çiçəklənirdi, onlar əsasən tapılmayan mallar müqabilində dənizçilərə "xidmət göstərirdilər. Baş verənlərdən sahə müvəkkilləri xəbər tuturdu, buna görə də ona pulsuz xidmət göstərilirdi. Brejnevin zamanında hər şey dəyişdi. Rus fahişələrini milis və xüsusi xidmət orqanları "himayəyə götürdü".

Elnur Əzimov
AzNews.az