- Köhnə - Maraqlı
- 3 Dekabr 2015 16:09
- 13 978
“Qar adamı” 4 yaşlı uşağı xilas etdi - Xərçəngdən
4 yaşlı oğlan qan xərçəngindən müalicə olunmaq üçün lazim olan pulu qar adamları tikib satmaqla qazanır.
AzNews.az xəbər verir ki, Ukraynadan olan 4 yaşlı Andreyin belə bir xəstəliyi olduğunu ailəsi bu ilin yazında öyrənib. Ukraynanın Çerkassı şəhərində həkimlər uşağı müalicə etməkdən imtina ediblər. Onlar bunu Andreyin xəstəlikdən qurtulmaq üçün heç bir şansının olmamısı ilə izah ediblər. Bundan sonra ailə Belarusa köçüb. Hazırda Andrey insan ekologiyası və radiasiya müalicəsi elmi-praktiki mərkəzində müalicə olunur. Lakin Ukrayna vətəndaşı olduğu üçün onun müalicəsi ödənişlidir: 32 min dollar.Müalicəsinin pulunu ödəmək üçün Andrey anası ilə birlikdə qar adamları tikir və onları internet vasitəsilə satır. Bir neçə gün ərzində internet istifadəçiləri Andreyin hesabına 20 min dollar pul köçürüblər. Ona Fransadan, İspaniyadan, hətta Dubaydan da zəng vururlar.
Andreyin xəstəliyi barədə xəbəri aldıqdan sonra ailə öncə evi satmaq barədə düşünüb. Lakin, yığılan məbləğ onun stasionar müalicəsinə kifayət edir. Kimyəvi üsulla müalicəni dəstəkləyən altı aylıq kurs üçün daha 8 min qar adamı tikilməlidir.
Sifarişləri qəbul etmək və hazırlamaq üçün ailəyə könüllülər kömək edir. Tam müalicədən sonra ailənin əlində pul qalarsa, onu Ukrayna və Belarusda başqa xəstə uşaqların müalicəsinə sərf edəcəklərinə söz veriblər.
Aydan AXUNDOVA