Dərman istifadə etmədən baş ağrılarından qurtulmaq mümkündür. Dərman istifadə etmədən baş ağrılarından qurtulmaq mümkündür.

Başağrısından dərmansız xilas olmağın – 7 üsulu

Dərman istifadə etmədən baş ağrılarından qurtulmaq mümkündür.



AzNews.az başağrılarından xilas olmaq istəyənlər üçün istifadə olunan bəzi üsulları təqdim edir:

Limonu məcun halına gətirib üzünüzə və alnınıza sürtün. Bu aromaterapiya sizə rahatlıq gətirəcək.

Nanə çayı da baş ağrılarının keçməsinə səbəb olur. Gün ərzində 1,5-3 l su için. Bu, beyində qan dövranını sürətləndirərək oksigenin miqdarını artırır. Çünki başda olan ağrıların səbəblərindən biri də orqanizmdə suyun miqdarının az olmasıdır.

Şəkərsiz qəhvənin içərisinə limon töküb içmək möcüzəvi şəkildə baş ağrılarını kəsir. Bu, qan dövranını sürətləndirərək baş ağrılarını aradan qaldırır.

Tərkibində maqnezium olan qidalar da başağrılarının yaranmasının qarşısını alır. Bu mineralın çatışmaması stress, əsəb gərginliyini yaradır. Maqnezium paxlalı bitkilərin tərkibində daha çoxdur.

Protez dişlər də başağrılarına səbəb ola bilər. Yaxşı hazırlanmamış protez dişlər uzunmüddətli başağrıları yaradır.

Sodalı ayran da başağrılarının dərmanıdır.

Başınızı sağa, sola, aşağı, yuxarı etməklə bərabər dərindən nəfəs almaq da başağrılarını götürür.

Aybəniz