- Köhnə - Maraqlı
- 11 Dekabr 2015 18:11
- 10 883
Cinsini dəyişib 6 yaşlı qız olan kişi – Ailəsi şokda (Video)
Torontoda 46 yaşlı kişi hər kəsi heyrətləndirəcək addım atıb.
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, Kanadadan olan transseksual ata arvadını və 7 uşağını ataraq 6 yaşlı qız uşağı kimi yaşamağa başlayıb.
Belə ki, 46 yaşlı Stefoni 23 il evlilikdən sonra transgender olduğunu başa düşüb. Bu səbəbdən ailəsini və uşaqlarını atıb. Başqa bir ailə isə onu övladlığa götürüb.
Hazırda Stefoni onu övladlığa götürən ailənin yanında azyaşlı qız kimi yaşayır və böyümək istəmədiyini bildirir.
"Mən evli olduğumu, uşaqlarım olduğunu inkar edə bilmərəm. Lakin mən uşaqlığıma geri döndüm", -deyə Stefoni transgenderlərə həsr olunan layihəyə müsahibəsində bildirib.
Stefoni əlavə edib ki, arvadı onun transgender olduğunu öyrənəndə ya bunu tərgitməyi ya da evi tərk etməyi əmr edib: "Lakin bu, mənim bacaracağım bir şey deyil. Mən beləyəm, transseksual olduğumu illər sonra başa düşmüşəm. Bunu dəyişə bilmərəm".
Ailəsi tərəfindən rədd edilən Stefoni evi tərk edib. O, onu övladlığa götürən ailənin 6 yaşlı qız kimi yaşaması üçün uyğun olduğunu deyib.
Stefoni bildirib ki, yeni valideynlərinin ən kiçik qız nəvəsi özünə balaca bacı istəyib və Stefonknini özündən daha balaca bacı kimi qəbul edib: "Biz birlikdə gözəl vaxt keçiririk. Uşaqlar üçün oyuncaqlar düzədirik, boyayırıq. Bu, oyun terapiyası adlanır. Burada dərman, intihar fikirləri yoxdur".
Qeyd edək ki, Stefoni 2009-cu ildə Torontoda ilk dəfə transgenderlərin marşında iştirak edəndən sonra intihara cəhd edib və 1 ay xəstəxanada qalıb.
Xəstəxanadan çıxandan sonra arvadı onu hücumda və təngə gətirməkdə günahlandırıb. Bununla məhkəmədən onun ailəyə yaxınlaşmasını qadağan edən qərar alıb.
2012-ci ildə böyük qızı Stefonini öz toyuna çağırıb. Lakin ona atası kimi geyinməyi, kilsədə ən arxada oturmağı və ailə üzvlərilə ünsiyyət qurmamağı tapşırıb. Qızının toy günü Stefoni sonuncu dəfə intihara cəhd edib və bu da uğursuz olub.
İndi o Torontoda əsasən cinsi azlıqlar tərəfindən qurulan ictimaiyyət kilsəsindən dəstək alır.
Aydan