“Crocus Group”un vitse-prezidenti Emin Ağalarov “Rusiya media qrupunun” sahibi Serqey Kojevnikov ilə birlikdə yeni telekanal yaradır. “Crocus Group”un vitse-prezidenti Emin Ağalarov “Rusiya media qrupunun” sahibi Serqey Kojevnikov ilə birlikdə yeni telekanal yaradır.

Emin Ağalarov TV açır – “Sənin evin”

“Crocus Group”un vitse-prezidenti Emin Ağalarov “Rusiya media qrupunun” sahibi Serqey Kojevnikov ilə birlikdə yeni telekanal yaradır.


AzNews.az xəbər verir ki, "Sənin evin" adlı telekanal ödənişli TV şəbəkələrində yayımlanacaq.

"Sənin evin" telekanalı tikinti, bəzək materialları, dizayn və yenidən planlaşdırma ilə maraqlanan auditoriya üçün nəzərdə tutulub. Bu barədə məlumatları Serqey Kojevnikov təsdiqləyib. Onun sözlərinə görə, "Sənin evin" böyük ehtimalla eyni adlı tikinti dükanları şəbəkəsinin də aid olduğu "Crocus Group"a daxil olacaq.

Kanalın qarşısındakı hədəflərdən biri də "Crocus Group"a daxil olan eyni adlı hipermarketlər şəbəkəsini irəli çəkməkdir. Tərəfdaşlar artıq "Vegas Krokus"dakı birgə restoranları – "Forte-Bello"nu da inkişaf etdirirlər.

Qeyd edək ki, noyabrın sonlarında Emin Ağalarovla Serqey Kojevnikov OOO "Hit TV" musiqili telekanalını da qeydiyyatdan keçiriblər.

Xatırladaq ki, Emin Ağalarov ilə Serqey Kojevnikov arasında birgə biznes 2014-cü ildə açılan Forte Bello restoranı ilə başlayıb.

Aydan AXUNDOVA