Estoniyanın 62 yaşlı prezidenti Toomas Hendrik İlves və onun 38 yaşlı nişanlısı, Latviya Müdafiə Nazirliyinin əməkdaşı İeva Kuptsenin toyu olub. Estoniyanın 62 yaşlı prezidenti Toomas Hendrik İlves və onun 38 yaşlı nişanlısı, Latviya Müdafiə Nazirliyinin əməkdaşı İeva Kuptsenin toyu olub.

Prezident özündən 24 yaş kiçik xanımla evləndi - Fotolar

Estoniyanın 62 yaşlı prezidenti Toomas Hendrik İlves və onun 38 yaşlı nişanlısı, Latviya Müdafiə Nazirliyinin əməkdaşı İeva Kuptsenin toyu olub.


İlves ilə Kuptse Estoniyanın Latviya sərhəddinə yaxın Viljandima bölgəsində yerləşən kilsədə nikaha giriblər. Mediaya qapalı olan toyda cütlüyün yalnız yaxın adamları iştirak edib.

Cütlüyün 2000-ci ilin əvvəllərində Avropa Parlamentində tanış olduqları qeyd edilir. Daha əvvəl 2 dəfə evlənən prezident İlves 11 illik həyat yoldaşı Evelin İlvesdən keçən ilin aprel ayında boşanıb.




Modern.az